AZ

İran rejiminin getməsi yox, daha çox islahatlara getməsi danışılır



İran rejiminin İsraillə 12 günlük müharibədə nə günə düşdüyü göz önündə idi. Bütün hərbi rəhbərlik məhv edildi, hava məkanı tamamilə müdafiəsiz qaldı. Bunu İsrail böyük ölçüdə təkbaşına etdi. İndi ABŞ-ın bilavasitə bunu təkrarlaması sadəcə hərbi taktika işidir, burda ehtiyat ediləsi heç nə yoxdur. Amma Trampın hərbi müdaxiləni dayandırması məsələsinin kökündəki vacib amil ətraf region ölkələrinin buna mane olması məsələsindən çox bu müdaxilə ilə nə əldə ediləcəyi sualıdır.

İran rejiminin getməsi formalaşmış şiə dünyasında boşluğun yaranması, mövcud şiə dövlətlərinin inancının sarsılması, İslam dünyasında yaranmış çoxəsrlik təbii balansın pozulması və dinin mənəvi dayaqlarının laxlaması anlamına gəlir. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı və Türkiyənin daha çox bu müdaxiləyə mane olmaq cəhdləri digər faktorlardan çox bununla bağlıdır. Ona görə də İran rejiminin getməsi yox, daha çox islahatlara getməsi danışılır.

İran xalqlarının Suriyada baş verən vətəndaş müharibəsi kimi vəziyyətə düşməsi də mümkün deyil. Məsələ ondadır ki, bu xalqların bir-biri ilə problemi yoxdur. Xalqın böyük bir hissəsinin hakimiyyətlə problemi var. Ona görə də daxili qarşıdurma zamanı vətəndaş qarşıdurması ola bilməz. Onların əks fikirləri ola bilər, amma bu, düşmənçilik həddində deyil. Bu baxımdan İran rejiminə münasibət spesifik yanaşma tələb edir. Tramp da bunu götür-qoy edir.

Azər Qasımov
Seçilən
25
newscenter.az

1Mənbələr