“Atletiko” gənc hücumçusu Culiano Simeone ilə yeni müqavilə bağlayıb.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu 23 yaşlı forvardla 2030-cu ilə qədər sözləşməni uzadıb. Müqavilədə futbolçunun sərbəstqalma məbləği 500 milyon avro olaraq göstərilib.
Dieqo Simeonenin oğlu olan Culiano 2019-cu ildən “Atletiko”nun formasını geyinir.