AZ

Ermənistan və Almaniya məsləhətləşmələr aparıblar

Yanvarın 15-də Berlində Ermənistan və Almaniya Xarici İşlər Nazirlikləri arasında xarici işlər nazirinin müavini Vahan Kostanyan və Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Niklas Vaqnerin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.

"Ölkə.az" xəbər verir ki, tərəflər iki ölkə arasında yüksək səviyyəli münasibətləri və aktiv siyasi dialoqu yüksək qiymətləndirərək, ikitərəfli məsələləri müzakirə ediblər.

Tərəflər Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyi ilə bağlı məsələlərə toxunublar və beynəlxalq platformalarda qurulan fəal əməkdaşlığı qeyd ediblər.

Nazir müavini Kostanyan həmsöhbətinə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sazişlərinə uyğun olaraq Ermənistan və Azərbaycan arasında yaradılmış sülh şəraitində iqtisadi əlaqələrin inkişafına yönəlmiş proqramların, o cümlədən TRIPP Yolu layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən regional imkanlarla bağlı fikir mübadiləsi aparıblar.

Elvin

Ölkə.az

Seçilən
149
3
olke.az

5Mənbələr