AZ

Ədliyyə Nazirliyində Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

15 yanvar 2026-cı ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan Respublikası arasında dostluq münasibətlərinin qədim tarixi, mədəni və dini bağlara əsaslandığı, bu xüsusun ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Həmçinin vurğulanıb ki, iki ölkə arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində faydalı əməkdaşlıq münasibətləri mövcuddur.Bildirilib ki, ikitərəfli münasibətlər hüquq və ədliyyə istiqamətində də dinamik inkişaf edib, bu çərçivədə təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və müvafiq məsləhətləşmələr keçirilib. Notariat, penitensiar və probasiya sahələri, eləcə də ədliyyə sahəsində rəqəmsallaşma istiqamətində əməkdaşlığın və təcrübə mübadiləsinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.Görüşün sonunda tərəflər səfərin ikitərəfli münasibətlərin daha da inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə və gələcəkdə konkret nəticələrin əldə olunmasına şərait yaradacağına əminliklərini ifadə ediblər.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
newscenter.az

3Mənbələr