AZ

Kosmonovt xəstələndi və raket geri qayıtdı

NASA-nın açıqladığı məlumata görə, Crew-11 missiyasını daşıyan Amerika SpaceX kosmik gəmisi Moskva Kaliforniyanın cənub sahillərində Sakit Okeana düşüb.

Raket Bakı vaxtı ilə təxminən saat 5:00-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb. Ekipajda Roskosmos kosmonavtı Oleq Platonov, NASA astronavtları Zena Kardman və Mayk Finke, eləcə də Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) nümayəndəsi Kimiya Yui var idi. Ekipaj üzvlərindən birinin sağlamlıq vəziyyəti Yerə tez qayıtmağı tələb edib. Lakin onun kimliyi açıqlanmayıb.

Crew-11 missiyası 2025-ci ilin avqustunda başlayıb və təxminən altı ay davam etməsi planlaşdırılırdı. Xüsusilə, 15 yanvarda Mayk Finke və Zena Kardmanın stansiyanın xaricində təxminən 6,5 saat keçirməsi nəzərdə tutulurdu. Crew 11-in yola düşməsindən sonra BKS-də yalnız bir NASA astronavtı Kristofer Uilyams və stansiya komandiri olmuş Roskosmos kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev qalıb. Onlar noyabrın 27-dən bəri orbital laboratoriyadadırlar.

//Samir Qurbanov, Editor.az

Seçilən
196
editor.az

1Mənbələr