AZ

Ağ Ev Vens və Rubionun Danimarka və Qrenlandiya XİN rəhbərləri ilə görüşüni şərh edib

Vaşinqtonda keçirilən danışıqlar məhsuldar qiymətləndirilib...

Poliqon xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubionun Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Viviyan Motzfeldt ilə keçirdiyi danışıqlar məhsuldar olub. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə məlumat verib və açıqlama ABŞ prezident administrasiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.

Karolin Levitt görüşün müsbət atmosferdə keçdiyini bildirib və danışıqların konstruktiv xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə, müzakirələrdə vitse-prezident və dövlət katibi iştirak edib, tərəflər mövqelərini açıq şəkildə ifadə ediblər.

Ağ Evin sözçüsü diqqətə çatdırıb ki, prezident Donald Trampın əsas məqsədi Qrenlandiyanın ABŞ üçün əldə olunmasıdır və bu yanaşma ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi ilə əsaslandırılır.

Qrenlandiyanın KNR radiostansiyasının məlumatına görə, ölkənin xarici işlər naziri Viviyan Motzfeldt Ağ Evdə keçirilən görüşdən sonra verdiyi müsahibə zamanı emosiyalarına hakim ola bilməyərək ağlayıb.

TV2 telekanalının yaydığı xəbərə əsasən, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen isə danışıqlar başa çatan kimi binanı tərk edərək avtomobilinə yaxınlaşıb və siqaret yandırıb.

Xatırladaq ki, yanvarın əvvəlində Donald Tramp ABŞ-ın milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiya üzərində nəzarət əldə etmək niyyətində olduğunu bəyan edib. Ağ Ev rəhbəri ABŞ-ın adanı bu və ya digər formada əldə edəcəyini açıq şəkildə bildirib.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr