AZ

Ağ Ev Minnesota qubernatorunu sərt ifadələrlə hədəfə alıb

ICE ətrafında qalmaqallı çağırışdan sonra Vaşinqtondan qubernatora qarşı ağır ittihamlar səsləndirilib...

Poliqon xəbər verir ki, ABŞ Ağ Evi Minnesota ştatının qubernatoru Tim Uoltsun etirazçılara müraciət edərək Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları tərəfindən yol verilən mümkün qanun pozuntularını qeydə almağa çağırmasına kəskin reaksiya verib. Prezident administrasiyası qubernatoru sosial şəbəkədə açıq şəkildə “tampon” və “acınacaqlı uğursuz adam” adlandırıb.

Ağ Evin rəsmi X hesabında yayımlanan paylaşımda bildirilib ki, Tim Uolts ştat üzrə müraciət edərək ICE agentlərinin qanunun icrasına görə məsuliyyətə cəlb olunmasını tələb edib və bu səbəbdən proseslərə müdaxilə etməməlidir. Paylaşımda qubernatorun “tam bir rüsvayçılıq” olduğu da qeyd edilib.

Qeyd edək ki,, yanvarın 15-də ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində Minnesota ştatının hakimiyyətini Üsyan Aktının (Insurrection Act) tətbiqi ilə hədələyib. Həmin qanun prezidentə ölkə daxilində silahlı qüvvələrdən istifadə etmək səlahiyyəti verir.

Hadisələr ICE əməkdaşının yanvarın 7-də Minneapolis şəhərində avtomobil idarə edən qadına atəş açmasından sonra daha da gərginləşib. Müşahidə kameralarının görüntülərində zabitlərin yolun ortasında dayanan yolsuzluq avtomobilinə yaxınlaşdığı, qapının açılmasını tələb etdiyi görünür. Avtomobil hərəkətə başlayanda maşının qarşısında dayanan ICE əməkdaşı silahını çıxararaq ən azı iki dəfə sürücüyə atəş açıb.

Baş verən insidentdən sonra Minneapolis meri Ceykob Frey ICE-dən şəhəri tərk etməyi tələb edib. O bildirib ki, xidmət əməkdaşları hadisəni özünümüdafiə kimi təqdim etməyə çalışır, lakin merin sözlərinə görə, bu iddia reallıqdan uzaqdır və “tam cəfəngiyyatdır”.

Poliqon.info

Seçilən
118
poliqon.info

1Mənbələr