AZ

Zelenski Trampın ittihamlarına belə cavab verdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın sülh prosesini ləngitmək ittihamlarını rədd edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə teleqram kanalında paylaşım edib.

Zelenski bildirib ki, Ukrayna sülhə mane olmur və razılaşmanın olmamasına səbəb Rusiyanın hücumlarını davam etdirməsidir. Tramp isə əvvəlki açıqlamasında Zelenskini sülh yolundakı əsas maneə adlandırmış, Putinin razılaşmaya hazır olduğunu iddia etmişdi.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə hücumları Moskvanın sülh razılaşmasına maraqlı olmadığını açıq şəkildə göstərir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl “Reuters” agentliyinə verdiyi müsahibədə Zelenskini sülh prosesində əsas maneə kimi qiymətləndirmiş, Rusiya Prezidenti Vladimir Putinin razılaşmaya hazır olduğunu, Ukraynanın isə sülh müqaviləsi imzalamaqda kifayət qədər istəkli olmadığını bildirmişdi.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
50
globalinfo.az

10Mənbələr