Məşhur aktrisa Monika Belluççi Fransanın ən qədim qəzetlərindən olan "Le Figaronun" 200 illik yubileyinə həsr edilmiş qala gecəsində iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə "Gala" nəşri məlumat yayıb.
61 yaşlı Monika Belluççi tədbirdə “çılpaq effektli” top və qara şalvar kostyumda kameralar qarşısına çıxıb. Aktrisanın obrazını qızılı boyunbağı və bordo rəngli klatç tamamlayıb. Saçları düzləşdirilən Belluççiyə axşam makiyajı edilib.
Xatırladaq ki, Monika Belluççi rejissor Tim Börtonla münasibətdə olub. Cütlüyün eşq münasibətləri barədə ilk dəfə 2023-cü ilin martında "Paris Match" jurnalının üz qabığında yayımlanan fotosundan sonra danışılmağa başlanmışdı. Aktrisa 2023-cü ilin iyununda "Elle France" jurnalına verdiyi müsahibədə münasibəti təsdiqləmiş və rejissora sevgisini açıq şəkildə etiraf etmişdi. Lakin 2025-ci ilin sentyabrında cütlük ayrılıb.
Tim Börtonla münasibətindən əvvəl Monika Belluççi iki dəfə ailə həyatı qurub - fotoqraf Klaudio Karlos Basso və aktyor Vensan Kassellə. Rejissor Tim Börton isə 13 il rəqqasə və model Liza Meri ilə, daha sonra eyni müddət aktrisa Helena Bonem Karterlə birlikdə yaşayıb.