AZ

Venesuelada həlak olmuş kubalı hərbçilər ölkələrinə gətirildi

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Venesuelada Maduronun müdafiəsi zamanı həlak olmuş 32 kubalı hərbçinin cəsədi Kubaya gətirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Havana hava limanında böyük izdiham yaşanıb. 

Minlərlə kubalı hərbçilərin cəsədlərini gətirən təyyarəni qarşılayıb. İlk vidalaşma hava limanında təşkil olunub. Daha sonra Müdafiə Nazirliyində onlarla vida mərasimi keçirilib. 

Xatırladaq ki, yanvarın əvvəllərində ABŞ hərbçiləri Karakasda Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresi ələ keçirərək ABŞ-ə qaçırıb. Əməliyyat zamanı Maduronu mühafizəsi üçün bu ölkəyə göndərilmiş 32 kubalı hərbçi həlak olmuşdu.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
151
525.az

1Mənbələr