ABŞ prezidenti Donald Tramp Qəzza sektorunu idarə edəcək “Sülh Şurası”nın artıq formalaşdırıldığını açıqlayıb.
ABŞ lideri bildirib ki, sözügedən qurumun tərkibi daha sonra ictimaiyyətə təqdim olunacaq. Trampın sözlərinə görə, şura Qəzzada idarəetmə və təhlükəsizlik məsələlərinin koordinasiyasını həyata keçirəcək.
Hazırda “Sülh Şurası”nın səlahiyyətləri, beynəlxalq statusu və bölgədə mövcud qurumlarla münasibətlərinə dair əlavə detallar açıqlanmayıb.