AZ

İki il səkkiz ay batareya dəyişmədən fasiləsiz işləyən kompüter siçanı təqdim edildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaponiyanın kompüter periferiyası istehsalçısı "Buffalo" rəsmi olaraq yeni BSMBB700 ofis siçanını təqdim edib.

Oxu.Az xəbər verir ki, qurğunun əsas xüsusiyyəti enerji mənbəyindən rekord dərəcədə uzun müddət istifadə etməsidir.

Siçan tipik ofis istifadəsi zamanı təxminən 980 gün - yəni 2 il 8 ay AA formatlı batareyanı dəyişmədən fasiləsiz işləyə bilir.

BSMBB700 modeli simmetrik formalı korpusa malikdir və batareya nəzərə alınmadan təxminən 80 qram çəkiyə sahibdir. Sensor üçün işıq mənbəyi kimi mavi LED istifadə olunur.

İstehsalçı əsas düymələri səssiz mexanizmlərlə təchiz edib ki, bu da siçanı açıq tipli ofislərdə işlətmək üçün uyğun edir. Kompüterə qoşulma üçün iki simsiz variant nəzərdə tutulub: USB qəbuledici vasitəsilə 2.4 GHz radio əlaqəsi və "Bluetooth" protokolu.

"Buffalo" şirkəti BSMBB700 modelinin satışlarına Yaponiyada fevral ayının ilk günlərində başlamağı planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
oxu.az

1Mənbələr