Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qazaxıstanın qərb bölgəsindəki Uralsk adlı şəhərdə ötən ildən davam edən aksiyaya çoxlu sayda vətəndaş qoşulub. Yenidən bu çağırışa qoşulan şəhərlilər arasında qədim əlyazmaların və kitabların, həmçinin digər artefaktların toplanılmasına start verilib. Artıq tarixi əhəmiyyətinə görə, bəzi qiymətli qədim əşyaların tapıldığı bildirilir.
Reyting.az-ın məlumatına görə, bu aksiya çərçivəsində indiyədək vilayətin tarix-diyarşünaslıq muzeyinə təxminən 200 qədim artefakt təqdim olunub.
Toplanan nadir eksponatlar arasında tarixi qədim dövrlərə gedib çıxan, İslam dininin müqəddəs kitabı sayılan Quranın nüsxələri, yüzillik kitablar və digər yazılı abidələr də var. Artefaktlar hazırda inventarlaşdırılır və sahiblərin istəyinə görə muzeyin daimi, ya da müvəqqəti fonduna qəbul edilir.
İslamın müqəddəs kitabı ilə bağlı qısaca məlumat verən alim və Vilayət Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Jantas Safullin bildirib ki, qədim Quran nüsxələri pərakəndə halda tapılıb, həm də onların bəziləri orijinaldan, yüz illər öncə üzü köçürülsə, aralarında ən qədim, çox güman ki, tarixi 9-cu əsrə aid edilən nüsxələr də var.
Muzey kataloqları ancaq QR-kodlarla nəşr olunacaq. Əsas versiya isə qazax dilində olacaq, QR-kodlar vasitəsilə digər dillərdə tərcümələr təqdim ediləcək. İndiyə qədər toplanan materialların təsvirləri qazax, rus, ingilis və türk dillərində hazırlanır.
Araşdırmaçılar bildiriblər ki, əhali arasında hələ də aşkarlanmayıb qalan çoxsaylı tarixi dəyərlər var.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.