İran Qızıl Aypara Cəmiyyətinin bir əməkdaşı bu ölkənin Gilan əyalətində vəzifələrini yerinə yetirərkən öldürülüb.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası məlumat yayıb. Bundan başqa xəbərdə deyilir ki, təşkilatın daha beş nəfər əməkdaşı yaralanıb.
BQXK bəyanatında Əmir Əli Lətifinin qətlindən və İran Qızıl Ayparasının digər beş əməkdaşına dəyən xəsarətlərdən dərin kədərləndiyini bildirib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.
Aydın Baxış