Norveç Nobel Komitəsi Venesuela müxalifətnin lideri Mariya Korino Maçadonun Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təhvil verməsinə reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə komitə müvafiq açıqlama yayıb.
Təşkilat bildirib ki, Ağ Ev rəhbəri mükafatı heç bir dəyişiklik etmədən saxlaya bilər.
Xatırladaq ki, Komitə qalib elan edildikdən sonra mükafatın geri qaytarılmayacağını, başqasına ötürülə bilməyəcəyini və başqasına verilə bilməyəcəyini təsdiqləyib. Qalibin statusu daimi və dəyişməzdir.
"Medal əldən-ələ keçə bilər, lakin Nobel Sülh Mükafatı laureatı adı dəyişməz olaraq qalır", - komitə "X"də paylaşım edərək bildirib.