AZ

“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan

style='margin-bottom:10px;'>

Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan “kral klubu”nda uğur qazanmağın əsas şərtlərindən danışıb.

QOL.az xəbər verir ki, fransalı mütəxəssis "goal.com"a açıqlamasında bildirib ki, “Real”da məşqçi hər şeydən əvvəl futbolçulara xidmət etməlidir:

“Bu klubda məşqçilər futbolçuların ixtiyarındadır. Mənim üçün uğurun açarı da məhz budur – futbolçunun yanında olmaq. Əgər bunu anlamırsansa, uzun müddət burada qala bilməzsən. Biz futbolçuları dəstəkləmək üçün buradayıq. Onlara göstərməlisən ki, hər zaman yanlarındasan”.

Zidan vurğulayıb ki, soyunub-geyinmə otağının məşqçinin ideyalarını qəbul etməsi üçün futbolçuların bundan məmnun qalması vacibdir: “Əgər futbolçular etdiklərinlə tam razı deyilsə, həmişə nəsə çatışmayacaq. Bizimlə işləyən futbolçular həqiqətən zövq alırdılar. Onlara çoxlu inam aşıladıq”.

Mütəxəssisin sözlərinə görə, komanda çətin dövrdən keçirdi və futbolçuların həm psixoloji, həm də fiziki baxımdan bərpaya ehtiyacı vardı: “Məşqçilər korpusu elə bir sistem qurdu ki, futbolçular yenidən rəqabətədavamlı oldular. Futbolçu məşqdən və oyundan zövq alırsa, mövsümün bütün titullarını qazanmaq mümkündür”.

Qeyd edək ki, Zinəddin Zidan “Real”ın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Superkubokunu, üç dəfə Çempionlar Liqasını qazanıb. O, həmçinin iki dəfə UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Seçilən
125
1
teleqraf.com

2Mənbələr