ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Qəzzada Sülh Şurasının yaradıldığını və üzvlərin yaxın vaxtlarda açıqlanacağını bildirib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı o, sosial media hesabında paylaşım edib.
Tramp Türkiyə, Misir və Qətərin dəstəyi ilə bölgənin silahsızlaşdırılması prosesinə başlanılacağını yazıb.
“Bu prosesə HƏMAS-ın bütün silahlarını təhvil verməsi və tunellərin dağıdılması da daxil olmaqla tədbirlər daxildir. Sülh Şurasının yaradıldığını elan etmək mənim üçün böyük şərəfdir. Şura üzvləri qısa müddət ərzində açıqlanacaq. Qəti şəkildə deyə bilərəm ki, bu, indiyədək yaradılmış ən böyük və nüfuzlu şuradır. Qəzza xalqı kifayət qədər əziyyət çəkib, artıq vaxtıdır”.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.