AZ

ABŞ-ın qərb sahillərində güclü zəlzələ baş verib

ABŞ-ın qərb sahillərində, Oreqon ştatı yaxınlığında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 16 100 nəfər əhalisi olan Coos Bay şəhərindən 306 kilometr qərbdə yerləşib. Mütəxəssislərin məlumatına görə, zəlzələnin ocağı 7,1 kilometr dərinlikdə olub.

Xəbərin yayımlandığı vaxta olan məlumata əsasən, zəlzələ nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları tərəfindən sunami xəbərdarlığı da elan olunmayıb.

Qeyd edək ki, yanvarın 7-də Filippin sahillərində də 6,4 bal gücündə zəlzələ baş verib. USGS-in məlumatına görə, zəlzələnin episentri Mindanao adası yaxınlığında, Santyaqo şəhərindən 27 kilometr məsafədə yerləşib. Yeraltı təkanların ocağı 58 kilometr dərinlikdə olub.

Xatırladaq ki, ötən ilin oktyabr ayında The New York Times nəşri Kaliforniyadakı San-Andreas qırılma xətti və Kaskadiya dalma zonasının eyni vaxtda aktivləşəcəyi təqdirdə ABŞ-ın böyük fəlakətlə üzləşə biləcəyi barədə xəbər yayımlamışdı.

// Gülnarə Abasova, Editor.az

Seçilən
201
editor.az

1Mənbələr