Olaylar.az xəbər verir ki, bu fikirləri "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Giorgi Sioridze səsləndirib.
Onun sözlərinə görə, "Gürcü Arzusu"nun təbliğatı vətəndaşların kimyəvi zəhərlənməsi ilə bağlı işi tamamilə ört-basdır edib. Sioridze bildirib ki, hakim partiya BBC-yə qarşı genişmiqyaslı məhkəmə prosesi aparacağını elan etsə də, indiyədək bu istiqamətdə real addım atılmayıb.
"Sonda məlum oldu ki, Kommunikasiyalar Komissiyası BBC-yə qarşı analoji quruma şikayət təqdim edib. Əgər doğrudan da beynəlxalq səviyyədə məhkəmə prosesi baş tutacaqsa, bu, 2025-ci ilin dekabrında beş gün ərzində bizi hansı maddə ilə zəhərlədiklərini ortaya çıxaran beynəlxalq araşdırmanın nəticələrinə əsaslanmalıdır. DTX-nin sübutları gizlətmək üçün beş gün ərzində nümayiş etdirdiyi şouya yox," - deyə Giorgi Sioridze vurğulayıb.
Lamiyə Cəbrayılova