Bakı. Trend:
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 25 yaşlıEşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.
Trend xəbər verir ki, bubarədə DİN məlumat yayıb.
Bildirilir ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilənzaman oradan 3 kiloqram 200 qram marixauana və 3 kiloqram 350 qramhəşiş aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinəqeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilənnarkotikləri satmaq məqsədilə əldə ediblər.
Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbsqətimkan tədbiri seçilib.