AZ

İsrail ordusu Livandakı Hizbullah anbarlarına zərbələr endirib

İsrail ordusu Livanın bir neçə bölgəsində Hizbullah təşkilatına məxsus silah anbarlarının hədəfə alındığını açıqladı.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Ofisi məlumat yayıb.

Bəyanatda deyilir: “Cənubi Livanda İsrail Müdafiə Qüvvələri bir neçə Hizbullah silah anbarına və İsrailə qarşı hücumların hazırlanması üçün istifadə edilən digər obyektlərə zərbələr endirib. Başqa bir hücum seriyasında İsrail Müdafiə Qüvvələri yeraltı Hizbullah silah anbarını hədəf alıb”.

İsrail Müdafiə Qüvvələri hücuma məruz qalan ərazilərdə radikalların fəaliyyətinin İsrail və Livan arasında atəşkəs razılaşmasını pozduğunu bildirib.

Seçilən
11
veteninfo.az

1Mənbələr