AZ

ABŞ və Tayvan arasında ticarət sazişi imzalanıb

ABŞ ilə Tayvan arasında imzalanan yeni ticarət sazişi çərçivəsində yarımkeçirici (çip) istehsalının mühüm hissəsinin ABŞ-a köçürülməsi nəzərdə tutulur. Sazişə əsasən, Tayvan şirkətlərinin ABŞ iqtisadiyyatına ən azı 250 milyard dollar həcmində investisiya yatırması planlaşdırılır.

Editor.az xəbər verir ki, razılaşma ABŞ və Tayvan arasında ticarət və texnologiya sahəsində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Sənədə əsasən, yarımkeçirici istehsalının bir hissəsinin ABŞ ərazisində həyata keçirilməsi üçün Tayvanın aparıcı çip və texnologiya şirkətləri ABŞ-da genişmiqyaslı investisiyalar edəcək.

Razılaşma çərçivəsində Tayvan tərəfi əlavə investisiyaların təşviqi məqsədilə 250 milyard dollar həcmində kredit zəmanəti təqdim edəcək.

Ticarət tənzimləmələrinə əsasən, ABŞ-ın Tayvan mənşəli məhsullara tətbiq etdiyi gömrük rüsumları 15 faizdən çox olmayacaq, bəzi məhsullar üzrə isə sıfır tarif rejimi tətbiq ediləcək.

Bundan əlavə, ABŞ-da fəaliyyət göstərən Tayvanlı yarımkeçirici şirkətlərinə müəyyən kvota həddində idxal zamanı vergi güzəştlərinin tətbiq olunacağı da bildirilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr