“Real Madrid” Yurgen Kloppun xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, klub rəhbərliyi Kloppla işləməyi nəzərdən keçirir. Hazırda "Red Bull"da Qlobal Futbol Direktoru vəzifəsində işləyən Yurgen Kloppun vəzifəsindən ayrılmağa razı olduğu iddia edilir. İddialara görə, məşqçi iki halda işindən ayrılmağa razılıq verə bilər. O, Almaniya və “Real Madrid”in təklifinə razılıq verə bilər. Qeyd edək ki, İspaniya Super Kuboku finalında “Real”ın "Barselona”ya 2-3 hesablı məğlubiyyətindən sonra Xabi Alonso klubdan göndərilib. Onun yerinə müvəqqəti olaraq Alvaro Arbeloa təyin edilib.