AZ

SOCAR ın sahib olduğu bankın xalis gəliri azalıb, öhdəlikləri isə artıb Hesabat

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Azər-Türk Bank" ASC 2025-ci ili 10,131 milyon manat xalis mənfəətlə başa vurub.

Mia.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqqayisədə 52,5 % və yaxud təxminən 2 dəfə azdır.

Ötən il "Azər-Türk Bank"ın gəlirləri 165,089 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), xərcləri 143,184 milyon manat (25,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 8,285 milyon manat (65,1 % çox), mənfəət vergisi ödəmələri isə 3,49 milyon manat (39,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azər-Türk Bank"ın aktivləri 2 milyard 188,501 milyon manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Bunun 767,925 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 % kiçilib.

Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 4,7 % artaraq 2 milyard 71,053 milyon manata, o cümlədən depozit portfeli 6,5 % artaraq 1 milyard 554,18 milyon manata, balans kapitalı isə 10 % artaraq 117,448 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 100,5 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur(Report)).

Mia.az xatırladaq ki, bank birbaşa SOCAR tərəfindən icdarə olnur. SOCAR-ın iki vitse-prezidenti Bankın Müşahidə Şurasının üzvüdür, bir çox əməkdaşları isə banka transfer ediliblər. Lakinn görünən odur ki, Rövşən ıcəəfin bank sektorundakı fəaliyyəti uğurlu olmayıb...

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
mia.az

2Mənbələr