AZ

Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunda vaxtın qəsdən uzadılmasına qarşı yeni tədbirləri müzakirə edəcək.

QOL.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, müzakirələr gələn həftə keçiriləcək. Gündəliyə daxil olan əsas məsələlərdən biri topun autdan və ya qapı zərbəsindən oyuna qaytarılması zamanı geri sayım mexanizminin tətbiqidir. Məqsəd futbolçuların oyunu süni şəkildə ləngitməsinin qarşısını almaqdır.

Bundan əlavə, IFAB əvəzetmələr üçün də vaxt limiti müəyyənləşdirməyi nəzərdən keçirir. Qeyd olunur ki, bu addımlar itirilmiş oyun vaxtının minimuma endirilməsinə yönəlib.

Xatırladaq ki, daha əvvəl vaxt itkisinin azalması üçün qapıçının topu əlində 8 saniyədən çox saxladığı halda künc zərbəsinin təyin olunması qaydası tətbiq edilmişdi.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr