sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA hazırkı rəhbəri Canni İnfantinonu tənqid edib. Sport24.az xəbər verir ki, fransalı keşmiş futbolçu bu barədə "The Guardian" nəşrinə açıqlama verib:
"O, yaxşı "iki nömrə" idi, amma artıq ideal olmayan "bir nömrə"yə çevrilib. UEFA-da çox yaxşı iş gördü, amma onun bir problemi var: varlı və nüfuzlu insanları, pulu olanları sevir. Bu, onun xarakteridir. "İki nömrə" olanda da belə idi, amma o vaxtlar söz sahibi deyildi.
Təəssüf ki, İnfantino pandemiyadan bəri daha da avtokratlaşıb. Blatterin dönəmi ilə müqayisədə indi demokratiya daha azdı. Blatter haqqında istədiyinizi deyə bilərsiniz, amma onun yeganə problemi ömürlük FİFA-da qalmaq istəməsidir. O, futbol üçün yaxşı insan idi".
Qeyd edək ki, İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Onun sələfi Zepp Blatter korrupsiya qalmaqalından sonra 2015-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. O, ali futbol qurumuna 1998-ci ildən rəhbərlik edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.