Misli Premyer Liqası 4 komandası - "Zirə", "Qarabağ", "Neftçi" və "Zirə" bu gün yoxlama oyunu görüşü keçirəcək.

Offsideplus.az xəbər verir ki, "Zirə" və "Qarabağ" Türkiyənin Antalya şəhərində 2 oyun birdən keçirəcək.

"Qartallar" "Aleksandriya" (Ukrayna) və "Bohemians 1905" (Çexiya) klubları ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi isə saat 12:00-da "Osiyek" (Xorvatiya), 19:00-da isə "Zaqlebye"yə (Polşa) qarşı qüvvəsini sınayacaq.

Antalyada olan bir digər klubumuz "Sumqayıt" "Osiyek" ilə görüşəcək.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə qarşılaşacaq.