
İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 2677-yə çatdığı açıqlanıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, ABŞ-də yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bu barədə məlumat yayıb.
HRANA-nın məlumatına görə, ölkə daxilində baş verən hadisələrdə 2600-dən çox insan yaralanıb, 19097 nəfər saxlanılıb, 2677 nəfər isə həyatını itirib.İran rəsmiləri hələlik etirazlarda ölən və ya yaralananların ümumi sayı ilə bağlı açıqlama verməyib.
İlahə QənbərliMissiya.Az