AZ

Premyer Liqa klubu futbolçu tapa bilmədi, transferi bitirdi 

Premyer Liqanın sonuncusu “Karvan”da qış toplanışı davam edir. Yevlax klubu fasilədə heyətini üç futbolçu ilə gücləndirib.

Bunlar “Sumqayıt”dan Rauf Rüstəmli, “Səbail”dən Emin Rüstəmov və “Mingəçevir”dən Samir Abdullayevdir. Bölgə təmsilçisi əlavə bir neçə oyunçu transfer etmək istəsə də bu, baş tutmayıb.

Səbəb istənilən səviyyədə yerli futbolçuların olmamasıdır. Hazırda Premyer Liqada mübarizə apara biləcək oyunçuların klubları ilə müqavilələri davam edir.

Onları indiki durumda “Karvan”a gətirmək çətin məsələdir. Buna görə bölgə klubu axtarışları saxlayıb. Rəhbərlik məcburiyyətdən transferi bitirib.

Yevlax təmsilçisi mövsümün ikinci yarısına hazırkı heyətlə davam edəcək.

İdmanxeber.az 

 

 

Seçilən
2
idmanxeber.az

1Mənbələr