AZ

Kərkükdə polis sisteminə qəbulda qalmaqal

Yazını böyüt
Yazını kiçilt

İraq Türkməneli Partiyası Kərkük polis qüvvələrinə işə qəbulla bağlı iddialar qaldırıb. Partiya sosial media hesabında Kərkükdə sosial yardıma ehtiyacı olan 1000 gəncin polis qüvvələrinə işə qəbul ediləcəyi xəbərinə reaksiya verib.

Hafta.az yazır ki. Türkməneli Partiyasının Kərkük şöbəsinin rəhbəri Əmir Avcı bunun baş verəcəyi təqdirdə sosial tarazlığa zərər verəcəyini və keçmiş ədalətsizlikləri geri qaytaracağını vurğulayıb.

Bəyanatda əvvəllər 3 min gəncin polis qüvvələrinə işə qəbul edildiyi, lakin lazımi tarazlığa nail olunmadığı xatırladılıb və bu təcrübənin təkrarlanması ilə bağlı narahatlıqlar vurğulanıb.

Partiya sosial etimadı gücləndirmək üçün tam səlahiyyətli bir komissiyanın yaradılmasını tələb edib. Bundan əlavə, siyasi təsirdən azad bir təhlükəsizlik strukturunun tətbiqinə çağırıb.

Seçilən
115
hafta.az

1Mənbələr