İranın keçmiş prezidenti Həsən Ruhani və İranın keçmiş xarici işlər naziri Cavad Zərif saxlanılıb və ev dustaqlığına buraxılıblar.
Bizim.Media xəbər verir ki, "Cedal" verilişində siyasi ekspert qismində qonaq olan İran parlamentindəki radikal mühafizəkar millət vəkili Əbülqasem Cərare və ekstremist "Paydari" Cəbhəsinə yaxın tanınmış fundamentalist fiqur Meysəm Nadi bu barədə iddialarla çıxış ediblər.
Onların sözlərinə görə, sabiq prezident və nazir ABŞ, o cümlədən İsraillə əməkdaşlıqda şübhəli bilinirlər.
Qeyd edək ki, Həsən Ruhani 2013-2021-ci illərdə ardıcıl iki müddət İran Prezidenti olub. Cavad Zərif isə Ruhaninin hökumətində xarici işlər naziri, hazırkı İran Prezidenti Məsud Pezeşkianın dövründə vitse-prezident vəzifəsini icra edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta