AZ

Hindistan zikh inancına mənsub kişi, qadın və uşaqlara qarşı amansız zorakılıq nümayiş etdirir - Zikh federasiyasının sədri

Bakı. Trend:

Hindistanın faktiki olaraq Britaniya müstəmləkə layihəsi kimiyaradıldığını da unutmaq olmaz. Lakin burada həmrəylik içindədayandığımız zaman, müxtəlif mənşələrdən olan digər xalqları daxatırlamaya bilmərik.

Trend xəbərverir ki, bunu Zikh federasiyasının sədri Bual Moninder Sinq bu günBakıda keçirilən “Hindistanda zikhlərə və digər milli azlıqlaraqarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalqkonfransda bildirib.

“Hindistanda min illərdir kastaya əsaslanan ayrı-seçkiliyə məruzqalan dalitlərdən tutmuş, onilliklərdir sağçı Hindutva qruplarıtərəfindən icma zorakılığına məruz qalan müsəlmanlara, dünyanın ənçox hərbiləşdirilmiş bölgəsi olan Kəşmirin işğalına, eləcə də bütünHindistan boyunca dini inanclarına görə mütəmadi olaraq hədəfalınan xristianlara qədər. Bütün bunlar Hindistanın bərabərmüdafiəni təmin etdiyini iddia etdiyi konstitusiyası altında inkaredilir. Kağız üzərində bu hüquqlar təmin oluna bilər, lakinpraktikada bu təminatlar olduqca ciddi şəkildə çatışmır”, - o əlavəedib.

Bual Moninder Sinq bildirib ki, bu icmalar arasında sikhlərxüsusilə ağır bir yük daşıyırlar:

“1984-cü il faciəsini anlamaq üçün onun köklərinə nəzər salmaqlazımdır. Sikhlərə qarşı bu zorakılığın əsasları siyasifürsətçilik, dövlət repressiyası, eləcə də sikh kimliyinin vəistəklərinin inkarının birləşməsindən qaynaqlanır. Bunun üçünHindistan Konstitusiyasının 25B maddəsinə baxmaq kifayətdir. Həminmaddədə sikhlər, buddistlər və caynlar ayrıca statusa malik deyil,Hindu dininin qolları kimi təqdim olunurlar. Bu isə konstitusionhüquq müstəvisində kimliyin tam silinməsi deməkdir. Eyni zamanda,həmin 25B maddəsinin tətbiqi son onilliklər ərzində sikh xalqınaqarşı tətbiq edilən ifrat zorakılıqla müşayiət olunur”.

O vurğulayıb ki, dialoqa və konstruktiv yanaşmaya üstünlükvermək əvəzinə, Hindistan dövləti hərbiləşmə, insan hüquqlarınınpozulması, qətliamlar və sikh inancına mənsub kişi, qadın vəuşaqlara qarşı amansız zorakılıqla cavab verir:

“1984-cü ildə həyata keçirilən “Mavi Ulduz” əməliyyatı zamanıordunun sikh xalqının ən müqəddəs məbədi olan Qızıl Məbədə hücumusikh toplumunun psixologiyasında dərin yaralar açdı və bu hadisəPəncab ştatı üçün daha geniş muxtariyyət tələbindən çıxaraq,Xalistanın tam azadlıq və suverenliyin yaradılması hərəkatınınbaşlanğıcı oldu.

1984-cü il oktyabrın 31-də Baş nazir İndira Qandinin qətləyetirilməsi sonradan baş verənlər üçün bəhanəyə çevrildi. Ardıncagələn günlərdə Dehli və digər şəhərləri genosid bürüdü.Siyasətçilər tərəfindən təqdim edilən seçici siyahıları iləsilahlanan dəstələr sikh evlərinə hücum etdilər, sikh kişiləriyandırdılar, sikh uşaqlarını öldürdülər, sikh qadınlarınızorladılar. Bu, Hindistan dövlətinin özünün başladığı genosidprosesini tamamlamaya yönəlmiş genişmiqyaslı bir cəhd idi”.

Zikh(sikh) federasiyasının sədri qeyd edib ki, bu günə qədər,hadisələrdən 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, buzorakılıqlara görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar.Onların bir çoxu hazırda Hindistan hökumətində ən yüksəkvəzifələrdə təmsil olunurlar.

“Hindistan dövləti isə 1984-cü il genosidinin qurbanlarına hərhansı bir məhkəmə ədalətinin təmin edilməsi istiqamətində heç birməsuliyyət götürməyib. Hindistanın dünyaya təqdim etdiyi bu hadisətəsviri həqiqəti əks etdirmir. Rəsmi olaraq bu hadisələr “iğtişaş”adlandırılır. Halbuki iğtişaş iki bərabər tərəfin qarşıdurmasıdeməkdir. Burada isə güclü bir dövlətin bütün mexanizmi işəsalınmışdı: seçici siyahıları kütlələrə paylanmış, polis yakənardan seyr etmiş, ya da zorakılıqda iştirak etmiş, günlərlə isəheç bir ordu, hərbi və ya təhlükəsizlik qüvvəsi sülhü bərpa etməküçün müdaxilə etməmişdi. Zorakılığın davam etməsinə bilərəkdənşərait yaradılıb”.

Seçilən
124
2
az.trend.az

3Mənbələr