Azərbaycanın xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Manset.az-ın verdiyi məlumata görə, saxlanmanın səbəbi açıqlanmayıb.
Məlumatı Abbasovun özü təsdiqləyib, lakin baş verənlərlə bağlı ətraflı açıqlama verə bilmədiyini bildirib. Daha sonra onun telefonunun söndürüldüyü qeyd olunur.
Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyib.