33 yaşlı müdafiəçi qış “transfer pəncərəsi” çərçivəsində Azərbaycan klubuyla anlaşa bilməyəcəyini bildirib. Oyunçu iddia edib ki, bu, “Sabah”ın tələbidi:
“Mənə bu qış “transfer pəncərəsi”ndə Azərbaycana gəlmək qadağandı. Artıq iyundan Azərbaycana gələ bilərəm, amma hər şey ordakı klubların yayda məni istəyib-istəməməsindən asılıdı”.
Göründüyü kimi, bosniyalı ciddi iddialarla çıxış edib. Maraqlıdı, “bayquşlar” Letiçlə niyə yayda yolları ayırmayıb? Həmçinin “Sabah”ın Letiçə qadağa qoyması haqda dedikləri gerçəkdimi?“Football-plus.az”ın suallarını Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavabladı:
“Boyan Letiç mövsümün ilk yarısında zədə səbəbindən heyətdən kənarda qalmışdı. Futbolçu bu səbəbdən iştirak ərizəsinə salınmamışdı. Zədəli olduğu müddətdə klub futbolçu qarşısında olan bütün öhdəliklərini yerinə yetirib. Təsadüfi deyil ki, oyunçu özü də “Sabah”dan ayrılarkən sosial şəbəkə hesabında ona verilmiş dəstəyə görə kluba öz təşəkkürünü bildirib”.
Bununla yanaşı Elnur bəy klubun Letiçə hansısa qadağa qoymaq hüququnun olmadığını bildirdi.KƏNAN BAHADIR