AZ

AAK-dan iki milyonluq mebel satınalması – Hansı məqamlar…

Prezident yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə “EMBAWOOD” MMC ilə ümumi dəyəri 1 milyon 791 min manat olan böyük həcmli satınalma müqaviləsi bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatlar rəsmi e-tender.gov.az portalında əks olunub.

Müqavilənin predmeti mebel və interyer avadanlıqlarının satın alınmasıdır. Satınalmanın hansı əsaslarla keçirildiyi, neçə şirkətin iştirak etdiyi və qiymətləndirmə meyarları barədə portaldakı məlumatlarda detallı açıqlama yoxdur.

Maraqlı məqam ondadır ki, “EMBAWOOD” MMC mediada dəfələrlə Milli Məclisin deputatı Məşhur Məmmədovla əlaqələndirilən şirkət kimi təqdim olunub. Deputat özü şirkətin təsisçisi olduğunu təsdiqləsə də, seçildikdən sonra rəsmi əlaqəsinin kəsildiyini bildirib.

Bununla belə, şirkətin 2025-ci ildə bir neçə strateji dövlət qurumundan ard-arda iri həcmli tenderlər alması şəffaflıqla bağlı suallar doğurub. AAK tərəfindən “EMBAWOOD” MMC-yə verilmiş 1,8 milyon manatlıq sifariş həmin siyahıda ən böyük müqavilələrdən biridir.

Sara

Seçilən
127
1
nocomment.az

2Mənbələr