
Ay səthi üçün nüvə parçalanma reaktoru hazırlamaq planları təsdiqlənib.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə NASA və ABŞ Energetika Nazirliyi razılığa gəliblər.Açıqlamaya görə, iki təşkilat 2030-cu ilə qədər obyektin inkişaf və qlobal sınaq mərhələlərini başa çatdırmağı hədəfləyir və bu plan Yer kürəsini fasiləsiz enerji ilə təmin edəcək."Bu razılaşma kosmik tədqiqatlarda çox vacibdir. Yeni bir dövrün başlanğıcı üçün lazım olan imkanları təmin etmək məqsədilə NASA ilə Energetika Nazirliyi arasında daha sıx əməkdaşlığı inkişaf etdiririk", - deyə NASA Baş direktor Cared İsaakman bildirib.İlahə QənbərliMissiya.Az