Antalyada təlim-məşqt toplanışını davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun komandası günün ilk yarısında Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Ağdam təmsilçisinin digər rəqibi Polşa "Zaqlebye"si olacaq. Bu görüş isə 19:00-da start götürəcək. Polşalılarla oyun "Sport TV" vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Qarabağ" Türkiyədəki ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.