AZ

Bakı Təşəbbüs Qrupu 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub

Bakı, 16 yanvar, AZƏRTAC

Beynəlxalq hüquqa və insan hüquqları prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu qlobal dekolonizasiya hərəkatının beynəlxalq platformasına çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda “Hindistanda siqhlərə və digər azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, son iki il ərzində təşkilat dünyanın müxtəlif ölkələrində 30-dan çox yüksək səviyyəli beynəlxalq konfrans keçirib. Bu konfranslar siyasi liderləri, alimləri, hüquq mütəxəssislərini, müstəqillik hərəkatlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını və BMT-nin xüsusi məruzəçilərini bir araya gətirib.

O da qeyd olunub ki, BTQ 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub, 25-dən artıq təşkilat və beynəlxalq institutla tərəfdaşlıqlar formalaşdırıb.

Seçilən
40
1
azertag.az

2Mənbələr