AZ

Zikh federasiyası qurdvaraların mahiyyətindən danışıb

Bakı.Trend:

Hər hansı bir qurdvarada, yəni zikh ibadət yerində minlərləinsanı görmək mümkündür. Azərbaycanda, o cümlədən Bakıda isə beləbir ibadət məkanı yoxdur.

Trend xəbərverir ki, bu fikirləri bu gün Zikh Federasiyasının baş icraçısıSidhu Dabinderjit “Hindistanda zikhlərə və digər milli azlıqlaraqarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalqkonfransda səsləndirib.

O bildirib ki, İngiltərədə ilk qurdvara 1911-ci ildə açılıb vəhazırda bu ölkədə 250 qurdvara fəaliyyət göstərir.

“Hər bir qurdvarada ümumi yemək üçün xüsusi məkan var. İnsanlarburada birlikdə əyləşir və pulsuz vegeterian yemək yeyirlər.Dünyanın istənilən yerindən olan hər kəs dini inancından, imanlıolub-olmamasından, kişi və ya qadın olmasından asılı olmayaraqqurdvaraya gələ bilər. Burada hamı bərabərdir, zəngin və kasıb eynisüfrə arxasında əyləşir və eyni yeməyi paylaşır”, – deyə ovurğulayıb.

Zikh Federasiyasının baş icraçısı həmçinin, tarix kitablarındatez-tez xatırlanan Sikh dövlətinə də toxunaraq bildirib ki, budövlət 1799–1849-cu illəri əhatə edən, 50 il davam etmiş birhakimiyyət dövrü olub:

“Bəzən unuduruq ki, Maharaca Rancit Sinqhin rəhbərliyi altındamövcud olmuş Sikh dövləti Böyük Britaniyadan iki dəfə,Azərbaycandan isə altı dəfə böyük əraziyə malik idi. Əhalisi isətəxminən 12 milyon nəfər təşkil edirdi”.

Seçilən
31
az.trend.az

1Mənbələr