AZ

"Bu zorakılıq, Britaniya dövrünün müstəmləkəçilik tarixinin davamıdır"

Yazını böyüt
Yazını kiçilt

"Siqhlərə qarşı repressiv siyasətin əsas səbəbi onların öz azadlıqlarını əldə etmək istəyinin qarşısını almaqdır".

Hafta.az xəbər verir ki, bu sözləri Siqh Federasiyasının sədri Bual Moninder Sinqh Bakıda "Hindistanda Siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, insan hüquqlarının pozulması, əsassız həbs və edamlar, onilliklər boyu davam edən saxta "toqquşmalar", yüzminlərlə itkin düşən insan, minlərlə qadının seksual zorakılığa məruz qalması, küçələrdə qətlə yetirilən uşaqlar diqqətdən kənarda qalmamalıdır:

"Bunlar Hindistan dövlətinin öz vətəndaşı saydığı insanları susdurmaq, əzmək və nəzarətdə saxlamaq üçün nə qədər kəskin zorakılığa əl atdığını göstərir. Bu zorakılıq, əslində, Britaniya dövründən miras qalan müstəmləkəçilik tarixinin davamıdır. Hindistanın dünya üçün etibarlı tərəfdaş olub-olmaması sualıdır. Özünü dünyanın ən böyük demokratiyası kimi təqdim edən Hindistanın pərdəsini qaldırmaq və onun əslində nə olduğunu göstərmək vacibdir".

Seçilən
80
1
hafta.az

2Mənbələr