AZ

Hindistanın dini icmaları daim narahatlıq içində yaşayırlar Bual Moninder

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Hindistanda – özünü “dünyanın ən böyük demokratiyası” kimi təqdim edən bir ölkədə xristian, müsəlman, dalit, zikh və digər icmaların nümayəndələri daimi qeyri-müəyyənlik və öz gələcəkləri üçün narahatlıq mühitində yaşayırlar.

Globalinfo.az xəbər verir ki, bunu Zikh Federasiyasının sədri Bual Moninder Zikh Hindistanda milli azlıqlara qarşı ölkə hökumətinin yürütdüyü repressiv siyasətə həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, Hindistanda onilliklər boyu insan hüquqları ciddi şəkildə pozulur, o cümlədən özbaşına həbslər, məhkəməsiz edamlar, nifrət zəminində icmalararası toqquşmalar, insanların itkin düşməsi, həmçinin qadın və uşaqlara qarşı zorakılıq halları qeydə alınır.

Zikh vurğulayıb ki, belə bir praktika Hindistan dövləti tərəfindən təkcə fərqli düşüncənin yatırılması üçün deyil, həm də etnik və dini azlıqlara qarşı istifadə olunur. O hesab edir ki, bunun səbəbləri Britaniya dövrünün müstəmləkə irsində gizlənir və bunun nəticələri hələ də həssas əhali qruplarına son dərəcə kəskin şəkildə təsir göstərir.

O, həmçinin Hindistanın “dünyanın ən böyük demokratiyası” obrazını şübhə altına alaraq xristian, müsəlman, dalit, zikh və digər icmaların daim qeyri-müəyyənlik və öz gələcəkləri ilə bağlı narahatlıq şəraitində yaşadıqlarını bildirib.

“Məqsədimiz özünüifadə azadlığı, ləyaqətin qorunması və öz müqəddəratımızı müstəqil şəkildə təyin etmək hüququdur”, – sədr qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr