AZ

Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) yanvar ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda 704 komanda yer alıb. Onların sərasında Azərbaycanın 6 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə”, "Neftçi", “Araz-Naxçıvan” və "Turan Tovuz".

Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyərək 68-ci yerdən 69-cu sıraya düşüb. “Qarabağ”ın aktivində 182,5 xal var. 

Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Araz-Naxçıvan” olub. Komanda  (60,25) 486-cı pillədən 456-cı yerə yüksəlib. "Neftçi" (51,25) 563-cü yerdən 553-dək irəliləyib.  "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Turan Tovuz" (45) isə 608-ci pillədən 627-yə düşüb.

Reytinqə Fransanın PSJ-si başçılıq edir (613 xal). İlk üçlüyü İspaniya “Real"ı (471) və İngiltərənin “Çelsi”si (447) tamamlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
131
2
qol.az

3Mənbələr