ABŞ mərkəzli İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayının 2 min 677 nəfərə yüksəldiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr zamanı 2 min 600-dən çox şəxs yaralanıb, 19 min 97 nəfər isə saxlanılıb.
Etirazlar zamanı baş verən qarşıdurmalarda ümumilikdə 2 min 677 nəfər həyatını itirib.
İran rəsmiləri indiyədək etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyib.
ABŞ-nin Virciniya ştatında yerləşən HRANA dünən yaydığı məlumatda ölənlərin sayının 2 min 615 nəfər olduğunu bildirmişdi.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında ciddi dəyər itirməsi və iqtisadi çətinliklər səbəbilə Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.
Paytaxt Tehran şəhərində 8 yanvar tarixində etirazların şiddətlənməsindən sonra baş verən hadisələr səbəbilə ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırılıb.