AZ

Albaniya azərbaycan şirkətləri ilə birgə müəssisələrin yaradılmasını alqışlayır - Səfir

Bakı. Trend:

Albaniya alban və azərbaycanlı şirkətlər arasında birgəmüəssisələrin yaradılmasını ikitərəfli iqtisadi əməkdaşlığıngücləndirilməsi üçün strateji alət kimi alqışlayır.

Bunu Trend-ə özəlmüsahibəsindəAlbaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri BesartKadia bildirib.

“Belə tərəfdaşlıqlar təcrübə, texnologiya və resurslarınbirləşdirilməsi üçün imkanlar yaradır, innovasiyaların təşviqinə,rəqabət qabiliyyətinin artırılmasına və birgə layihələrin uğurlahəyata keçirilməsinə töhfə verir. Birgə müəssisələr xüsusiləenergetika, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı vəturizm kimi sahələrdə böyük potensiala malikdir, həmçininticarətin, investisiyaların və uzunmüddətli əməkdaşlığın inkişafınaxidmət edir. Onlar dayanıqlı inkişafa və ikitərəfli münasibətlərindərinləşdirilməsinə ortaq sadiqliyi əks etdirir”, – deyə o izahedib.

Bundan əlavə, turizm əməkdaşlığından danışan səfir Azərbaycanınvə Albaniyanın arasında birbaşa aviareyslərin açılmasını ikitərəflimünasibətlərin möhkəmləndirilməsi üçün strateji addım kimialqışladıqlarını bildirib.

“Vizadan azad səyahət haqqında mövcud sazişə əsaslanan havaəlaqəsinin genişləndirilməsi biznes, turizm və mədəni mübadilələrininkişafına, eləcə də insanlar arasında əlaqələrin güclənməsinəxidmət edəcək. Bu təşəbbüs ticarətin, investisiyaların və regionaləlaqəliliyin genişləndirilməsi istiqamətində davam edən səyləritamamlayaraq, hər iki ölkənin iqtisadi, mədəni və sosialtərəfdaşlığın dərinləşdirilməsinə ortaq sadiqliyini əks etdirir”, –deyə o əlavə edib.

Məqalədə:
Seçilən
156
az.trend.az

1Mənbələr