Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 22-də və 24-də Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Bildirilib ki, “Neftçi”nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.