AZ

“Ödənişli işə qəbul müəllimlik peşəsinə marağı azalda bilər” - QHT sədri

"Dünya təcrübəsi göstərir ki, təhsil sektoruna giriş baryerini, yəni müraciət mexanizmlərini sadələşdirməyə üstünlük verilir, mənim fikrimcə, ödənişli sistem isə əks təsir göstərərək müəllimlik peşəsininə marağı potensial olaraq azalda bilər. O cümlədən, müəllimlərin işə qəbul prosesində ödənişli mexanizmin tətbiqi, ictimai rəyin və namizədlərin motivasiya səviyyəsinin azalması ilə nəticələnə bilər. Onsuz da əməkhaqqları qənaətbəxş olmayan, müəllimlik peşəsinə giriş üçün əlavə maliyyə tələbinin qoyulması bir çox gənc kadrlarda tərəddüd yarada bilər və eyni zamanda, sosial həssas qruplar üçün,  psixoloji maneə funksiyası daşıya bilər. Gənc namizəddə yanlış fikir formalaşa bilər. Qoy maddi imkanı olanlar müraciət etsin. Belə yanaşma isə perspektivli kadrların sistemdən uzaqlaşmasına səbəb ola bilər".

Bu fikirləri “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a bildirib. Onun sözlərinə görə, ali təhsil müəssisəsini yenicə bitirmiş məzunların, demək olar ki, böyük hissəsinin sabit gəlir mənbəyi olmur. Bu səbəbdən işə qəbul müsabiqəsində iştirak üçün ödəniş tələb edilməsi onların üzərinə əlavə maliyyə yükü qoyur. İmtahan verərkən iki və ya daha çox cəhd etmək ehtiyacı yarandıqda isə xərc yükü daha da artır. O zaman maddi imkanı az olan namizədlər bu prosesdən uzaqlaşa bilərlər.

Seçilən
81
qht.az

1Mənbələr