Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.
Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son5 ilin ən yüksək göstəricisi olub.
“2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3 243avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabrayında noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb”,-məlumatdabildirilib.