AZ

"Qarabağ"la "Zirə" gerilədi, "Sabah" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) yanvar ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda 704 komanda yer alıb. Onların sırasında Azərbaycanın 6 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə”, "Neftçi", “Araz-Naxçıvan” və "Turan Tovuz".

Ağdam təmsilçisi əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyərək 68-ci yerdən 69-cu sıraya düşüb. “Qarabağ”ın aktivində 182,5 xal var.

Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Araz-Naxçıvan” olub. Komanda (60,25) 486-cı pillədən 456-cı yerə yüksəlib. "Neftçi" (51,25) 563-cü yerdən 553-dək irəliləyib. "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Turan Tovuz" (45) isə 608-ci pillədən 627-yə düşüb.

Reytinqə Fransanın PSJ-si başçılıq edir (613 xal). İlk "üçlüy"ü İspaniya “Real"ı (471) və İngiltərənin “Çelsi”si (447) tamamlayır.

Seçilən
92
1
football-plus.az

2Mənbələr