AZ

Albaniya prezidenti Bayram Beqay Azərbaycana səfər edəcək (ÖZƏL)

Bakı. Trend:

Albaniya Prezidenti Bayram Beqay 13–15 mart tarixlərində NizamiGəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak etməküçün Azərbaycana səfər edəcək.

Bunu Trend-ə özəlmüsahibəsindəAlbaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri BesartKadia bildirib.

Səfir qeyd edib ki, Albaniya Azərbaycanla ikitərəfliəməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək yüksəksəviyyəli səfərlər və birgə tədbirlər silsiləsini səbirsizlikləgözləyir.

“İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə İşçiQrupunun ikinci iclasının Tiranada keçirilməsi planlaşdırılır. Buiclas konkret layihələrin təşviqi və institusional qarşılıqlıfəaliyyətin dərinləşdirilməsi üçün platforma yaradacaq. PrezidentBayram Beqay 13–15 mart tarixlərində Nizami Gəncəvi BeynəlxalqMərkəzinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycanasəfər edəcək ki, bu da Albaniyanın mədəni və intellektualmübadiləyə sadiqliyini nümayiş etdirir”,-deyə Kadia bildirib.

Qeyd edək ki, sözügedən forum Bakıda 12-14 mart (2026-cı il)tarixlərində keçiriləcək və irimiqyaslı tədbirdə hazırda vəzifədəolan və sabiq dövlət və hökumət başçılarının, baş nazirlərin, Nobelmükafatı laureatlaırnın və görkəmli alimlərin iştirakıgözlənilir.

Məqalədə:
Seçilən
38
2
az.trend.az

3Mənbələr