AZ

Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

Avropa Komissiyası (AK) SAFE müdafiə proqramı çərçivəsində Belçika, Bolqarıstan, Danimarka, İspaniya, Xorvatiya, Kipr, Portuqaliya və Rumıniyaya maliyyə yardımının təsdiqlənməsi üçün Aİ Şurasına təklif təqdim  edib.

Musavat.com xəbər verir ki, məlumat Komissiya prezidenti Ursula Fon der Lyayenin nın açıqlamasında əksini tapıb: "Keçən il Aİ müdafiə sahəsində əvvəlki onilliklərə nisbətən daha çox irəliləyiş əldə etdi”.

O, Avropa Komissiyasının ötən ilki təşəbbüsünü xatırladıb. Bu təşəbbüs Aİ müdafiə məqsədləri üçün 800 milyard avro ayırmağı və Aİ üzv dövlətlərinə SAFE proqramı çərçivəsində birgə tədarük üçün 150 milyard avro kredit verməyi hədəfləyirdi: "Biz artıq Belçika, Bolqarıstan, Danimarka, İspaniya, Xorvatiya, Kipr, Portuqaliya və Rumıniya üçün SAFE planlarının ilk partiyasını təsdiqləmişik. Qalan planlar qısa müddət sonra təsdiqlənəcək. Şuranın indi vəsaitlərin sürətli şəkildə ödənilməsini təmin etmək üçün bu planları təcili olaraq təsdiqləməsi lazımdır".

Avropa Komissiyasının məlumatına görə, bu təsdiq, səkkiz Aİ ölkəsinə hərbi hazırlıqlarını tez bir zamanda yaxşılaşdırmağa və lazımi müasir müdafiə avadanlıqlar əldə etməyə imkan verəcək ucuz, uzunmüddətli kreditlərin ilk dalğası üçün yol açır.

İndi kredit müqavilələri imzalandıqdan sonra səkkiz Aİ üzv dövlətindən ibarət qrup təxminən 38 milyard avro almaq hüququna malik olacaq.

Avropa Komissiyası dərc olunmuş kommünikedə qeyd olunub: "Bu, həmçinin Ukraynanı Aİ təhlükəsizlik ekosisteminə inteqrasiya edəcək və dəstəyimizin həm sürətli, həm də davamlı olmasını təmin edəcək".

Aİ Şurasının bu təklifi təsdiqləməsindən sonra Avropa Komissiyası kredit müqavilələrini yekunlaşdıracaq və Brüssel ilk ödənişlərin 2026-cı ilin mart ayında başlayacağını gözləyir.

Seçilən
11
ekologiya.az

1Mənbələr